Modern.az

Bakı Ali Neft Məktəbinin tanınmış qonaqları olub

Bakı Ali Neft Məktəbinin tanınmış qonaqları olub

Aktual

24 Oktyabr 2012, 13:12

Oktyabrın 24-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti Rövnəq Abdullayev, mədəniyyət turizm naziri Əbülfəs Qarayev, Milli Elmlər Akademiyasının prezidenti, akademik  Mahmud Kərimov, İnsan Hüquqları üzrə Müvəkkil (Ombutsman) Elmira Süleymanova və digər qonaqlar Bakı Ali Neft Məktəbində olublar.
Modern.az xəbər verir ki, qonaqlar Bakı Ali Neft Məktəbində yaradılmış infrastrukturla, tədris prosesi  və Texnologiyaların Transferi Mərkəzi ilə yaxından tanış olublar.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonaqlara ali məktəbə tələbə qəbulu, tədris prosesinin təşkili və Böyük Britaniyanını  Heriot-Uatt Universiteti ilə Bakı Ali Neft Məktəbi arasında  olan  əməkdaşlıq münasibətləri əsasında həmin universitetin  tədris proqramınını tətbiqi haqqında  ətraflı məlumat verib.  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı