Modern.az

Jurnalistlər və siyasətçilər “Azadlıq” qəzetinin durumunu müzakirə etdilər

Jurnalistlər və siyasətçilər “Azadlıq” qəzetinin durumunu müzakirə etdilər

Aktual

13 Noyabr 2012, 17:08

Bu gun RATİ-nin ofisində mediaya olan təzyiqlərlə bağlı tədbir keçirilib. Toplantıda əsasən “Azadlıq” qəzetinə təzyiqlərin artırılması məsələsi müzakirə olunub. Tədbir ölkənin tanınmış ziyalı, ictimai, siyasi şəxsləri, hüquq müdafiəçiləri, beynəlxalq təşkilatların və media nümayəndələrinin iştirakı ilə aparılıb.

Tədbiri giriş sözü ilə açan “Azadlıq” qəzetinin redaktoru Rahim Hacıyev bildirib ki, qəzet hazırda çox ciddi maliyyə problemi ilə üzləşir. “Qəzetdə ağır maddi vəziyyət yaranıb. Hazırda qəzetimiz maliyyəsiz qalıb. Eyni zamanda qəzetə qarşı məhkəmə iddiaları nəticəsində pul cərimələrinin kəsilməsi problemi dərinləşdirir. “Qasid” firmasının qəzetə 35 min manat borcu var və biz bu pulu ala bilmirik”.

AXCP sədri Əli Kərimli “Azadlıq”ın 66 min manat cərimə ilə üz-üzə qaldığını deyir. “Azad mətbuata qarşı yönələn tədbirlərin qarşısı alınmalıdır. Cəmiyyət özü də bu məsələdə iştirak etməlidir”.

Politoloq Hikmət Hacızadə birgə bəyanatla beynəlxalq təşkilatlara müraciət etməyin vacibliyini qeyd etdi. Vəkil Aslan İsmayılov isə ilk növbədə dövlət başçısına müraciət etməyin əsas olduğunu vurğuladı.

Aqşin Kərimov
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı