Modern.az

XİN uruqvaylı spikerin Qarabağa səfərilə bağlı açıqlama hazırlayıb

XİN uruqvaylı spikerin Qarabağa səfərilə bağlı açıqlama hazırlayıb

Aktual

14 Noyabr 2012, 11:46

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Uruqvay parlamentinin sədrinin işğal altında olan Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı açıqlama verəcək. Bu barədə Modern.az saytına XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib. O, bildirib ki,  nazirlik bu məsəələ ilə bağlı brifinq də keçirəcək.

Qeyd edək ki, Uruqvay parlamentinin spikeri Xorxe Oriko Azərbaycanın işğal altında olan  Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfər edib.  Erməni KİV-lərinin yaydığı məlumata görə, Xankəndində Uruqvay parlamentinin spikeri və deputatlar separatçı rejimin rəhbərləri ilə görüşüblər. Xatırladaq ki, Azərbaycanın işğal altına olan ərazisinə rəsmi Bakının icazəsi olmadan səfər edən Xorxe Orikonun adının “qara siyahı”ya salınacağı istisna edilmir.

Anar RÜSTƏMOV  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı