Modern.az

Mətbuat Şurasının sədri Ukraynada

Mətbuat Şurasının sədri Ukraynada

Aktual

14 Noyabr 2012, 15:14

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Ukraynanın paytaxtı Kiyevdə Avropa Şurasının layihəsi əsasında medianın özünütənzimləməsinə həsr olunmuş beynəlxalq konfransa qatılacaq. Konfrans noyabrın 16-dan 18-dək davam edəcək.

MDB və Avropanın bir sıra ölkələrindən olan media qurumları rəhbərlərinin iştirak edəcəkləri tədbirdə postsovet və postsosialist məkanında söz və ifadə azadlıqlarının vəziyyəti, KİV-lərin özünütənzimləməsi ilə bağlı meydana çıxan yeni tendensiyalar müzakirə ediləcək. Həmçinin medianın Ukraynada keçirilmiş parlament seçkisini işıqlandırmasına dair vəziyyət ətrafında da fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, beynəlxalq konfransda MŞ sədri Ə.Amaşovla yanaşı, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də iştirak edəcək.

Modern.az    
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı