
Modern.az saytı xəbər verir ki, Milli Məclis bu gün dövlət büdcəsinə daxil olan sənədlərin müzakirəsini yekunlaşdıracaq. Bugünkü iclasda maliyyə naziri Samir Şərifov deputatların büdcə məsələlərilə bağlı tənqidi suallarına cavab verib.
Nazir öncə millət vəkillərinin büdcədə neftin qiymətinin 100 dollar həcmində saxlanılması ilə bağlı narahatlıq doğuran fikirlərini şərh edib. .
“Dövlət büdcəsinin xərclərinin strukturu elə qurulub ki, bu xərclərin bir hissəsi vergi və gömrük, eləcə də Neft Fondundan transfertlər hesabına maliyyələşir. Neft Fondundan büdcəyə köçürmələr manatla həyata keçirilir. Buna görə də büdcənin neftin qiymətindən asılılığı yoxdu. Hazırda dövlət büdcəsinin icrası üçün neftin qiyməti ilə bağlı risklər mövcud deyil”.
"Biz beynəlxalq vəziyyəti izləyirik və növbəti illərdə neftin qiymətinə dəyişikliklər edilə bilər”-deyə S.Şərifov bildirib.
Xaqani Səfəroğlu