Noyabrın 15-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyi münasibətilə toplantı keçirilib. Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov çıxış edib. O, bildirib ki, YAP mənsub olduğu xalqın, ölkənin ümdə maraq və mənafelərinin təmin olunmasını daim özünün başlıca fəaliyyət məramına çevirib. Toplantıda partiyanın öz sıralarında 600 minədək üzvü birləşdirdiyi qeyd olunub.
Yeni Azərbaycan Partiyasının nazirlik üzrə Salatın Əsgərova, 85 ilk ərazi təşkilatının sədri İskəndər Mustafayev YAP-ın yaranma və inkişaf yolu, sədri olduğu təşkilatın fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, nazirliyin əməkdaşlarının demək olar ki, böyük əksəriyyəti YAP-ın üzvüdür. Nazirlikdəki ilk ərazi təşkilatında qeydiyyatda olanların sayı isə 120-ə yaxındır. Onlardan 42 nəfəri bu il Partiyaya üzv olublar. Təşkilatda olanların 42 nəfərini gənclər təşkil edir. Toplantıda Partiyanın sıralarına yeni daxil olan nazirlik əməkdaşlarına üzvlük vəsiqələri təqdim edilib.