
Milli Məclisin bugünkü iclasında söz alan millət vəkili Elmira Axundova təkliflə çıxış edib.
Modern.az-ın məlumatına görə, deputat Milli Məclisi asudə vaxtın təşkili ilə bağlı məsələlərin həllinə çağırıb. O bildirib ki, Bakıdakı bir çox fitnes-idman klublarında Milli Məclis onlar üçün abonentlik biletləri ala bilər. Məhz bununla da deputatlar idmanla məşğul olmaq imkanları qazanacaqlar.
Bundan başqa, E.Axundova parlamentdəki çıxışında ikinci deputat köməkçisinə ehtiyac olduğunu bildirib.
Modern.az