Modern.az

Rövşən Rzayev tələbələri mükafatlandıracaq

Rövşən Rzayev tələbələri mükafatlandıracaq

Aktual

19 Noyabr 2012, 12:53

Modern.az saytının Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən “Deputat-tələbə əməkdaşlığı” layihəsi 101 saylı Göygöl-Daşkəsən seçki dairəsinin deputatı, Qarabağın Azərbaycanlı İcmasının idarə heyətinin üzvü  Rövşən Rzayevin verdiyi “Qarabağın azərbaycanlı və erməni icmaları arasında danışıqların bərpası,  torpaqlarımızın işğaldan  azad edilməsinə  necə təsir edə bilər” mövzusu ilə bağlı tələbələrdən 70-ə yaxın yazı təqdim olunub. Modern.az həmin yazılardan 10-nu seçərək deputata təqdim edib.

Millət vəkili Rövşən Rzayev isə  öz növbəsində həmin yazılar içərisində ən yaxşı birini seçəcək. Nəticədə qalib tələbələrlə deputatın görüşü keçiriləcək. Görüşdə deputat qalib tələbəyə mükafat verəcək. Eyni zamanda görüşdə tələbələrə deputatla diskussiya aparmaq, suallar vermək üçün şərait yaradılacaq.

Qeyd  edək ki, artıq 52 saylı Quba seçki dairəsinin deputatı Vahid Əhmədov, 92 saylı Zərdab-Ucar seçki dairəsindən deputat Jalə Əliyeva, 71 saylı Masallı kənd seçki dairəsinin deputatı Elmira Axundova, 105 saylı Tovuz seçki dairəsindən deputat Qənirə Paşayeva, 09 saylı Balakən seçki dairəsinin deputatı Rəbiyyət Aslanova və 122 saylı Xankəndi seçki dairəsinin deputatı Flora Qasımova, 117 saylı Oğuz-Qəbələ seçki dairəsinin deputatı Aqiyə Naxçıvanlı, 74 saylı Lənkəran kənd seçki dairəsinin deputatı Hadi Rəcəbli layihədə  iştirak edib qalib tələbələri mükafatlandırıblar.

Mail Ağaxanov

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı