Modern.az

XİN: “Türkmənistanda saxlanılan Azərbaycan gəmisi ilə bağlı yenilik yoxdur”

XİN: “Türkmənistanda saxlanılan Azərbaycan gəmisi ilə bağlı yenilik yoxdur”

Aktual

19 Noyabr 2012, 12:56

Türkmənistanda saxlanılan Azərbaycana məxsus gəminin 4 heyət üzvünün taleyinin araşdırılması istiqamətində Azərbaycanın Türkmənistandakı səfirliyi  tərəfindən işlər aparılır.  Bu barədə Modern.az saytına  Xarici İşlər  Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev  məlumat verib. “Bu istiqamətdə səfirliyə tapşırıqlar verilib və səfirlik  tərəfindən iş aparılır.  Hələ ki, bir yenilik yoxdur. Araşdırma,  danışıqlardan  sonra müvafiq addımlar atılacaq”.

Qeyd edək ki, , oktyabrın 21-də göyərtəsində 4 nəfər Azərbaycan vətəndaşının olduğu və Azərbaycan bayrağı altında üzən “Uran” gəmisinin Xəzərin neytral sularında Türkmənistan ərazi sularından 35 km aralıda kilkə balığı ovlayarkən saxlanılıb.Türkmənistan tərəfi isə  Azərbaycan gəmisinin qanunsuz olaraq sərhədi pozduğunu iddia edir. Türkmənistanda saxlanılan Azərbaycan vətəndaşlarının ailələrinə verilən məlumata görə, iki həftə ərzində onların məhkəməsi olacaq. 

Nihadə Eyyubova

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı