Modern.az

Lənkəran Universitetində gəncləri elmi tədqiqatlara yönəltməyin yolları müzakirə olunub

Lənkəran Universitetində gəncləri elmi tədqiqatlara yönəltməyin yolları müzakirə olunub

Aktual

19 Noyabr 2012, 17:21

Gənclər və İdman Nazirliyinin maliyyə dəs­­­­təyi ilə “Gənclərin Elmi Araşdırma­­larına Dəstək” İctimai Birliyi tərəfin­­­­dən hazır­­­­­­­­­­­l­­­­­anan “Ali təhsil alan gənclərin elmi tədqiqatlara istiqamətləndirilməsi və müasir elmi tədqiqat metodları” adlı layi­­­­­­hə Lənkəran Dövlət Universi­­­­tetində gənc tədqiqatçılara təqdim olunub.

Tədbirdə çıxış edən Lənkəran Dövlət Universitetinin prorektoru, dosent Qorxmaz Ağayev layihənin əhəmiyyətini vurğulayaraq, regionlarda yerləşən ali məktəblərin dünyanın aparıcı universitetləri ilə yaxından əlaqə qurmasında bu cür tədbirlərin gərəkli olduğunu diqqətə çatdırıb. Daha sonra təqdim olunan seminar mövzularına xüsusi diqqət cəkən “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin sədri dosent  Məmmədəli Babaşlı bildirib ki, bu layihə ölkənin iqtisadi potensialının intellekt kapitalına çevrilməsinə kömək edəcək və gənclərdə elmi tədqiqat işlərinə maraq oyadacaq.
“Bu mənada, gənclərdə zəruri elmi tədqiqat vərdişləri formalaşacaq, onlarda elmi layihələrdə iştirak etmək üçün stimul formalaşdıracaq. İnanırıq ki bu layihənin icrası nəticəsində gənclərin elmi tədqiqatlara marağı artacaq və onların müasir elmi tədqiqat metodları ilə bağlı məlumatlandırılması beynəlxalq elmi mühitə inteqrasiya olunmasına köməklik göstərəcək”. Fəlsəfə doktoru Anar Qafarovun “Akademik fəaliyyət, müasir elmi tədqiqat metodları”, fəlsəfə doktoru Ruslan Abdullayevin “Akademik fəaliyyətdə uğur qazanmağın sirləri” və Babək Quliyevin  “Xaricdə təhsil və tədqiqat imkanları” mövzularındakı təqdimatları tələbələrdə böyük maraq oyadıb.
Təqdimatların sonunda Lənkəran Dövlət Universitetinin tələbələrin mövzu ilə əlaqədar  sualları müzakirə olunub.


Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı