Modern.az

Azərbaycanlı deputatların İngiltərə XİN-də görüşü olub

Azərbaycanlı deputatların İngiltərə XİN-də görüşü olub

Aktual

21 Noyabr 2012, 16:57

Londonda səfərdə olan Azərbaycan-Böyük Britaniya parlamentlərarası işçi qrupunun rəhbəri Çingiz Əsədullayev, Fuad Muradov və Cavanşir Feyziyev İngiltərənin Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya idarəsinin müdiri Colin Robertslə görüşüblər. Bu barədə deputat Fuad Muradov məlumat verib. Görüşdə Böyük Britaniya ilə Azərbyacan arasındakı münasibətlər, Cənubi Qafqzdakı vəziyyət müzakirə olunub. Həmçinin Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 Səfər Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun dəvəti əsasında həyata keçirilir. Milli Məclis üzvlərinin səfəri Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.

Deputatlar noyabrın 23-də vətənə qayıdacaqlar.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı