ABŞ-ın Azərbaycandakı səfirliyi yeni açıqlama yayıb. Səfirlikdən Modern.az-a verilən açıqlamada bildirilib ki, son bir neçə gün ərzində, bəzi yerli mətbuat orqanları məlumat yayıb ki, 31oktyabrın - 1 noyabr tarixlərində Naxçıvana səfər vaxtı ABŞ-ın Azərbaycandakı səfiri Roçard Morninqstar Naxçıvanda demokratiyanın inkişafını tərifləyib.
“Cənab səfir hansısa bir şəxsə belə bir şərh verməyib və bunu iddia edən hər hansı bir məlumat doğru deyil. Səfər zamanı səfir Morninqstar bir neçə dövlət rəsmisi və insan haqları məsələləri üzrə fəal Məlahət Nəsibova da daxil olmaqla qeyri-hökümət nümayəndələri ilə gorüşmüşdür. Cənab səfir xanım Nəsibovanın ofisinə, ona dəstəyini nümayiş etdirmək məqsədi ilə baş çəkmişdir və Məlahət xanımın gördüyü vacib işi ictimaiyyətə ünvanlandığı müsahibələrində qeyd etmişdir. Səfir Morninqstar, həmçinin, ictimai bəyanatlarında və görüşlərində, yerli rəsmilərlə xanım Nəsibova kimi insan haqları müdafiəçiləri arasında açıq dialoq aparılmasına çağırmışdır”-deyə səfirliyin açıqlamasında vurğulanıb.