Modern.az

“Azərsu”dan yaşayış evləri və kommersiya obyektlərinə xəbərdarlıq

“Azərsu”dan yaşayış evləri və kommersiya obyektlərinə xəbərdarlıq

Aktual

22 Noyabr 2012, 05:07

Modern.az saytı xəbər verir ki, Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksindən Binəqədi nasos stansiyasına içməli su nəql edən 1200 mm diametrli, yüksəktəzyiqli magistral su kəmərinin Biləcəri qəsəbəsi X. Məlikaslanov küçəsi 3-cü döngə ərazisindən keçən hissəsində qəza baş verib. Su sızıntısı qəsəbə sakinləri Gülnarə Fərəməzova və Elməddin Bağırova məxsus həyətlərdə yaranıb.

 Qəzanın nəticələrini aradan qaldırmaq məqsədi ilə “Azərsu” ASC-nin, yerli icra hakimiyyəti və bələdiyyə əməkdaşları əraziyə baxış keçirib. İlkin baxış zamanı məlum olub ki, G. Fərəməzova və E. Bağırova məxsus yaşayış evləri 2000-ci illərin ortalarında 1200 mm diametrli, yüksəktəzyiqli magistral su kəmərinin mühafizə zolağında qeyri-qanuni inşa edilib. Xatırladaq ki, qanunvericiliyə görə, 1200 mm diametrli yüksəktəzyiqli su kəmərinin hər tərəfdən 12 metri onun mühafizə zolağı sayılır və orada hər hansı tikinti aparmaq qadağandır.

Qəzanın fəsadlarının aradan qaldırılması üçün əraziyə texnika cəlb edilərək qazıntı işləri aparılıb və borunun qəzalı yeri müəyyənləşdirilərək  qəzanın fəsadları tam aradan qaldırılıb.

“Azərsu” ASC-dən verilən məlumata görə magistral su  kəmərlərinin mühafizə zolağında fərdi yaşayış evi, kommersiya obyekti və ya digər tikilinin inşası yolverilməzdir. Fərdi yaşayış evi və ya kommersiya obyektlərinin tikintisi zamanı ərazilər seçilərkən kommunal infrastruktur şəraiti düzgün qiymətləndirilməli, tikinti işlərinin aparılması üçün müvafiq dövlət qurumlarından, o cümlədən kommunal xidmət müəssisələrindən müvafiq rəy alınmalıdır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı