Modern.az

İlqar Məmmədov: “Qoy deputatlar məni məhkəməyə çağırsınlar...”

İlqar Məmmədov: “Qoy deputatlar məni məhkəməyə çağırsınlar...”

Aktual

22 Noyabr 2012, 11:40

“Deputatlar tərəfindən məhkəməyə verilməyimlə bağlı mənə hələki heç bir rəsmi müraciət gəlməyib”. Bu barədə Modern.az-a REAL hərəkatının sədri İlqar Məmmədov deyib. O, qeyd edib ki, millət vəkillərinin onu məhkəməyə vermələri barədə çağırış alacağından narahat deyil.

“Millət vəkilləri məni məhkəməyə verdiklərini deyirlər. Amma mənə heç bir müraciət gəlməyib. Qoy məni məhkəməyə çağırsınlar, onda məsələyə münasibət bildirəcəyəm”.    

İlqar Məmmədov bir müddət əvvəl öz bloqunda yazdığı statusda Milli Məclisi aşağılayan ifadələr işlədib: “Mən Azərbaycan parlamentini bu yazı ilə təhqir edirəm. Yaxşı edirəm. Çünki Azərbaycan parlamenti böyük əksəriyyəti fırıldaq adamların toplaşdığı bir zooparkdır. Orta əsrlərdə hər şah öz yanında bir zoopark saxlayarmış, bu da o növdəndir”-deyə o qeyd edib.
Bəzi deputatlar isə bundan hiddətlənərək onu məhkəmə ilə hədələyiblər...

Gültəkin Ələsgər

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı