Modern.az

Rövnəq Abdullayevdən təkzib: “Bu, qarayaxmadır...”

Rövnəq Abdullayevdən təkzib: “Bu, qarayaxmadır...”

Aktual

23 Noyabr 2012, 10:46

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti bəzi mətbuat orqanlarına və  ictimai təşkilatlara xəbərdarlıq edib. Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ARDNŞ-nin həyata keçirdiyi strateji layihələrin uğur qazanması, Şirkətin beynəlxalq miqyasda getdikcə artan reytinqi son günlər yenə də onun işgüzar nüfuzuna xələl gətirmək məqsədi ilə çoxdan davam etdirilən sistemli qarayaxma kampaniyasını qızışdırıb.

Bildirilib ki, Azərbaycanda hasil olunan təbii qazın Türkiyə və Avropaya nəql edilməsini nəzərdə tutan TransAnadolu qaz boru xətti (TANAP) layihəsi Belçikada Avropa İttifaqı rəsmilərinin və Avropa Parlamenti nümayəndələrinin iştirakı ilə müvəffəqiyyətlə təqdim olunduqdan, Azərbaycan Milli Məclisində ratifikasiyadan keçirildikdən dərhal sonra ayrı-ayrı şəxslər və “ictimai təşkilatlar” tərəfindən Şirkətin və ARDNŞ, prezidenti Rövnəq Abdullayevin ünvanına əsassız və uydurma iddialar irəli sürülür.

“Bəzi mətbuat orqanlarında ictimai rəyi çaşdırmaq üçün indi də belə bir məlumat yayılır ki, guya ARDNŞ özünü reklam etdirmək məqsədi ilə Hollandiyanın “Vitess” klubu ilə 10 milyon avro məbləğində sponsorluq müqaviləsi imzalanıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti bildirir ki, həqiqətə qətiyyən uyğun gəlməyən bu informasiyanın heç bir əsası yoxdur, Şirkət “Vitess” klubu ilə hər hansı şəkildə əməkdaşlıq etməyib, etmir və belə bir əməkdaşlıq planlaşdırılmır. ARDNŞ qətiyyətlə bəyan edir ki, öz fəaliyyətində aşkarlıq və şəffaflıq prinsiplərini təmin edir və şirkət tərəfindən onun gündəlik həyatı, istehsalat fəaliyyəti və gələcək planları haqqında mətbuatda mütəmadi olaraq düzgün informasiyalar yerləşdirilir”, - deyə xəbərdarlıq edilib.

Anar Rüstəmov

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı