“Hayastan” Erməni Fondunun keçirdiyi 15-ci telemarafonda 21 milyon 422 min dollar pul yığılıb. Modern.az bildirir ki, 12 saat davam edən xeyriyyə telemarafonu “Bizim kənd” şüarı altında keçirilib. Yığılan vəsait Ermənistanda və Dağlıq Qarabağda rayon mərkəzlərinin tikintisinə sərf olunacaq. Marafonda ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə, Belçika, Hollandiya, Yunanıstan, Braziliya, Rusiya, İsveç, Böyük Britaniya, Argentinada yaşayan ermənilər iştirak edib.
Ötən il keçirilən marafon zamanı 12 milyon 286 min dollar pul yığılmışdı.