Modern.az

Hesablama Palatası kollegiya iclası keçirib

Hesablama Palatası kollegiya iclası keçirib

Aktual

23 Noyabr 2012, 12:54

Noyabrın 22-də Hesablama Palatasının kollegiyası keçirilib. Palatanın mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, kollegiyadaDövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Azərbaycan  Dövlət Aqrar Universetetinə  tədris korpuslarının  təmiri və  avadanlıqlarla təchiz edilməsinə ayrılan vəsaitlərdən istifadənin auditinin  nəticələrinə dair Hesabat və Rəy”,  “Qaradağ rayon İcra hakimiyyətinin tabeliyində olan  idarə, müəssisə və təşkilatlara  dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin  proqnozlaşdırılması  və istifadəsinə dair  auditin nəticələri üzrə Hesabat və Rəy”,  “Şabran və Siyəzən  rayonlarının yerli icra hakimiyyəti  orqanları tərəfindən  dövlət mülkiyyətində olan  torpaqların  istifadə vəziyyətinə  dair auditin nəticələri üzrə Hesabat və Rəy”,  “Şəmkir rayon İcra hakimiyyətinin tabeliyində olan  idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı”  bölməsindən ayrılan vəsaitlərin  proqnozlaşdırılması və istifadəsinə dair  auditin nəticələri üzrə Hesabat və Rəy”, eləcə də,  “Azərelektrikşəbəkətikinti” ASC tərəfindən dövlət vergilərinin vergi qanunvericiliyinə uyğun hesablanılması və dövlət  büdcəsinə ödənilməsinə  dair auditin  nəticələri üzrə Hesabat və Rəy” müzakirə edilərək təsdiq  olunub.

Kollegiya iclasında, həmçinin   “Xəzər rayon İcra hakimiyyətinin tabeliyində olan  idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı”  bölməsindən      ayrılan vəsaitlərin  proqnozlaşdırılması  və istifadəsinə dair  nəzarət tədbiri üzrə”, “İsmayıllı və Neftçala  rayonları üzrə yerli İcra hakimiyyəti orqanları tərəfindən Dövlət mülkiyyətində olan torpaqların istifadə vəziyyətinin auditi üzrə” və “Dövlət büdcəsi xərclərinin funksional təsnifatının “ Təhsil xərcləri” bölməsinin “Texniki-peşə məktəbləri  və liseylər”  köməkçi bölməsinin  “Orta-ixtisas təhsili” paraqrafı üzrə Naxçıvan MR büdcəsindən Naxçıvan Tibb Kollecinin saxlanılmasına  ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair nəzarət tədbiri üzrə” Audit proqramları   qəbul edilmiş,  Kollegiya iclasının sonunda cari məsələlərə də baxılıb.

Hesablama Palatasının Daxili Nizamnaməsinin 19.7-ci maddəsinə uyğun olaraq  Kollegiya qərarları barədə Azərbaycan Respublikasının Milli Məclisinə məlumat verilməsi qərara alınıb.

Modern.az       
                                                                                      
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı