Rusiya prezidenti Vladimir Putinin dekabrın 3-də Türkiyəyə səfər gedəcəyi rəsmən açıqlanıb.Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, Putinin Türkiyə səfəri İstanbulda baş tutacaq. Səfərdə iki ölkə arasında iqtisadiyyat, mədəniyyət, ticarət və digər sahələr üzrə ümumilikdə 5 sənəd imzalanacaq.
Səfər çərçivəsində ölkələr arasında qarşılıqlı olaraq mədəniyyət mərkəzlərinin açılması, şəhidlik və abidələrin inşası və qorunması ilə bağlı danışıqlar aparılacaq.
Mətbuatda qeyd olunan məlumatlara görə, Putinin Türkiyə səfəri daha çox Suriya ilə bağlıdır. Rusiya və Türkiyə arasında fərqli strategiyanın mövcud olduğu Suriya məsələsində Putin və Ərdoğanın qapalı masa arxasında geniş müzakirələr aparacağı və məsələ ilə bağlı ümumi razılığın əldə olunacağı bildirilir. Ekspertlərin fikrincə, səhhətində yaranan problemlərlə bağlı xarici səfərlərini təxirə salan Putinin Türkiyəyə kritik səfərinin pərdəarxasında Bəşər Əsədlə rəsmi Ankara arasında yaşanan gərgin münasibətlərin və bölgədə həyəcan doğuran müharbiə təhlükəsinin aradan qaldırılması və s. bu kimi məsələlər durur.
Anar