Modern.az

Raffi Ovannisyan Bakıda qalmaqal yaradıb

Raffi Ovannisyan Bakıda qalmaqal yaradıb

Aktual

23 Noyabr 2012, 16:18

Bakıda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyası zamanı Ermənistanın sabiq xarici işlər naziri, İrs Partiyasının sədri Raffi Ovannisyan iclası pozmağa çalışıb.

APA-nın xəbərinə görə, R.Ovannisyan gözlənilmədən tribunaya yaxınlaşaraq ona icazə verilmədən çıxış etmək istəyib. Bu zaman iclasa sədrlik edən şəxslər onu intizama dəvət ediblər. Lakin R.Ovannisyan aqressiya nümayiş etdirərək mikrofonsuz qışqırmağa və yersiz ittihamlar irəli sürməyə başlayıb.

Tədbir iştirakçıları olan Azərbaycan nümayəndə heyəti, həmçinin digər əksər ölkələrin nümayəndələri əllərini qarşılarındakı masaya döyəcləyərək erməni partiya sədrinin intizamsızlığına etiraz ediblər. Beləliklə, onun səsi eşidilməz olub və keçib yerində oturmağa məcbur olub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı