Modern.az

Türkman yazarlar “Türküstan”da

Türkman yazarlar “Türküstan”da

Aktual

24 Noyabr 2012, 15:48

Hazırda Azərbaycanda səfərdə olan Türkman Ədəbiyyatçı və Yazarlar Birliyinin başqanı Esat Erbil və Türkman Reform radiosunun rəhbəri Riyaz Dəmirçi “Türküstan” qəzetinin redaksiyasında olublar. Qəzetdən Modern.az-a verilən məlumata görə bir sıra ziyalıların da qatıldığı görüşdə “Türküstan” qəzetinin fəaliyyəti və məqsədləri barədə qonaqlara ətraflı bilgi verilib.

Türkman qonaqlar hazırda Türkman Elində və ümumən İraqdakı durum, soydaşlarımızın vəziyyəti, qardaş türk dövlətlərindən gözləntilərindən danışıblar. Qurumlar arasında əlaqələrin gücləndirilməsi, türkman yazarların əsərlərinin “Türküstan” qəzetində dərc olunması kimi fikirlər səsləndirilib və dəstəklənib. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!