Modern.az

Bakıda sex yandı

Bakıda sex yandı

Aktual

25 Noyabr 2012, 12:06

Bakı şəhərində yerləşən daş emalı sexində güclü yanğın olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə,hadisə Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan daş emalı sexində baş verib.  Bildirilib ki, sexdə olan xeyli sayda rezin qəliblər 20 kv.m sahədə yanıb. Yanğın qısa vaxtda böyük bir ərazini əhatə edib.

Hadisə yerinə cəlb olunan FHN-nin əməkdaşları tərəfindən yanğının qarşısını alaraq yaxınlıqdakı sexlər yanğından mühafizə olunub.

Yanğın saat 09.06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə