Modern.az

Asim Mollazadə: “Rusiyada hələ də Azərbaycanı müstəqil dövlət kimi qəbul etməyənlər var”

Asim Mollazadə: “Rusiyada hələ də Azərbaycanı müstəqil dövlət kimi qəbul etməyənlər var”

Aktual

26 Noyabr 2012, 13:15

“Azərbaycanın işğal olunmuş əraziləri göz qarşısındadır. Bütün bu əməliyyatlarda Rusiyanın hərbi qüvvələrinin iştirakı olub. Müqayisə aparırıqsa, bilməliyik ki, hazırda olan hansısa təzyiqlər daha yumşaq xarakter və tamamilə başqa forma daşıyır. 1990-cı illərdə Azərbaycana qarşı təzyiqlər hansısa bir hərbi formada, dövlət çevrilişləri formasında, ərazinin işğalı və Ermənistana olan əməliyyatlarda dəstəkdən ibarət idisə, indi bu, daha çox Rusiya vətəndaşlarının hansısa bir fəaliyyətindən ibarətdir”. Bu fikirləri millət vəkili Asim Mollazadə son dövrlər Rusiyanın Azərbaycana təhdidlərin edilməsi ilə bağlı məsələni şərh edərkən deyib.

Deputat qeyd edib ki, Rusiyada indi sadəcə, öz mübarizə üsullarını dəyişib. “Rusiya hazırda yeni texnologiyalardan istifadə edir. Bu texnologiyalar daha çox media və siyasi addımlardan ibarətdir. Təbii ki, o, Azərbaycanla bildiyi, bacardığı üsullarla mübarizə aparır. Düşünürəm ki, bu, səhv siyasətdir. Rusiya öz maraqlarına uyğun olaraq, Azərbaycanla daha müsbət münasibətlərini qurmağa çalışmalıdır. Təkcə Azərbaycanla deyil, bütün qonşuları ilə Rusiya dost, tərəfdaş siyasəti aparmalıdır”.

A. Mollazadənin sözlərinə görə, Azərbaycanda rus dilinə kifayət qədər yüksək diqqət yetirilir, ümumən mədəni proseslərdə Azərbaycanla Rusiya arasında çoxşaxəli əməkdaşlıq mövcuddur. “Halbuki Rusiyanın hərbi müttəfiqi olan Ermənistanda rus məktəbləri bağlandı, rus siması mövcud deyil. DEməli, indiyə qədər Rusiyada bəzi dairələr keçmiş SSRİ-nin tərkibində olmuş dövlətləri müstəqil dövlət kimi qəbul etməyə çətinlik çəkirlər. Məhz ona görə də bu, təhdidlər var”.

Nihadə Eyyubova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı