Nazirlər Kabinetinin 2012-ci il 16 noyabr tarixli 263 nömrəli qərarı ilə "Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə Qaydası" təsdiq edilib.
Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində siyasi partiyalar tərəfindən illik maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi üzrə sözügedən təşkilatların baş mühasibləri və ya illik maliyyə hesabatlarını tərtib edən əməkdaşları üçün 3 gün ərzində treninq keçiriləcək. Bu barədə Modern.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Analoji addım «Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası»nın ilkin tətbiqi zamanı da atılıb. Beləki, qeyri-hökumət təşkilatlarının hesabatların tərtibi ilə bağlı qarşılaşdıqları çətinliklərin aradan qaldırılması üçün həmin təşkilatlara Maliyyə Nazirliyinin xüsusi hazırladığı təlimçilər tərəfindən müvafiq təlimlər keçirilib.