Modern.az

Minsk qrupu Cəbrayıla gedən asan yola görə Kasprişikə təşəkkür edib

Minsk qrupu Cəbrayıla gedən asan yola görə Kasprişikə təşəkkür edib

Aktual

26 Noyabr 2012, 15:57

ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke, İqor Popov, Jak For və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik bölgəyə səfərlərinin yekunlarına dair bəyanatla çıxış ediblər. Modern.azAPA-ya istinadən bildirir ki,  bəyanatda səfər zamanı həmsədrlər oktyabrın 27-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə sülh prosesinin davamına dair təqdim edilən ideyaları müzakirə ediblər: “Tərəflər xarici işlər nazirləri səviyyəsində işi davam etdirmək barədə razılığa gəldilər”.    
Həmsədrlər onların belə mürəkkəb dövrdə bölgəyə, xüsusən noyabrın 21-də Zəngilan və Cəbrayıl rayonlarına səfərlərini asanlaşdırdığı və atəşkəs rejiminin müşahidəsi ilə əlaqədar A.Kasprşik və onun komandasına minnətdarlıq ediblər. 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Türkiyəyə uçan Rusiya təyyarəsində bomba həyəcan