“Yeni Azərbaycan Partiyasının qurultayı seçkilərlə əlaqədar keçiriləcək”. Bu sözləri hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı partiyanın qurultayı ilə bağlı Modern.az-a açıqlamasında bildirib. YAP rəsminin sözlərinə görə, qurultayın keçirilmə tarixi dəqiq bilinməsə də, mötəbər tədbir prezident seçkilərinə qədər baş tutacaq. M.Qurbanlı həmçinin qurultayla əlaqədar partiyada hazırlıq işlərinin aparıldığını, rayon təşkilatlarının da buna tam hazır olduğunu vurğulayıb.
“Təbii ki, qurultayımız 2013-cü ildə prezidenti seçkilərinə qədər keçiriləcək. Yeni Azərbaycan Partiyasının qurultayı üçün hazırlıq işləri görülür və qeyd etmək istəyirəm ki, biz buna artıq tam hazırıq. Qurultay seçki ilə əlaqədar keçiriləcək, namizədimiz də həmin qurultayda irəli sürüləcək. Dəfələrlə bildirdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının namizədi cənab prezident İlham Əliyevdir. Partiyanın rayon təşkilatları da demək olar ki, qurultayın keçirilməsinə tam hazırdırlar”, - deyə YAP-çı deputat bildirib.
Anar RÜSTƏMOV