Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ölkəmizdə səfərdə olan Türkiyənin tanınmış aktrisası Türkan Şorayla görüşüb. Modern.az AzərTAc-a istinadən bildirir ki, görüşdə əvvəlcə Türkan Şoray Heydər Əliyev Fondunun fəaliyyəti ilə bağlı filmə baxıb. Film Fondun təhsil, səhiyyə sahələrində həyata keçirdiyi, mədəniyyətimizin inkişafına, milli mədəni irsimizin qorunmasına yönələn layihələrindən bəhs edir.
Sonra Mehriban xanım Əliyeva tanınmış aktrisa Türkan Şorayla görüşüb. Azərbaycanın birinci xanımı türkiyəli məşhur sənətçini salamlayaraq onu Heydər Əliyev Fondunda görməkdən şad olduğunu bildirib. Heydər Əliyev Fondunun prezidenti Azərbaycanda Türkan Şoraya böyük sevgi və hörmətlə yanaşıldığını söyləyib və onu “canlı əfsanə” adlandırıb.
Modern.az