Modern.az

Sarı gəlinin Azərbaycan sevgisi - Konsertdən FOTOLAR

Sarı gəlinin Azərbaycan sevgisi - Konsertdən FOTOLAR

Aktual

27 Noyabr 2012, 23:56

Latviyanın “Eurovision 2012” mahnı müsabiqəsindəki təmsilçisi Anmarinin  Bakıda, Heydər Əliyev Sarayında solo-konserti baş tutub. Modern.az-ın verdiyi məlumata görə,  xalq mahnımız  “Sarı gəlin”-ə olan sevgisindən irəli gələrək Anmari solo konsertini də məhz “Sarı Gəlin” adlandırıb. Əvvəlcədən də məlumat verildiyi kimi səhnədə 5 nəfərdən ibarət estrada orkestri və 4 nəfərlik rəqs kollektivi əcnəbi sarı gəlini müşayət rdib. Bakı səhnəsində azərbaycanlı tamaşaçıları Azərbaycan dilində salamlayan Anmari  “Sarı Gəlin”, “Sən gəlməz oldun” ,“Gəl ey səhər”, “Üzüyümün qaşı firuzədəndir” daxil olmaqla 6 Azərbaycan musiqisi ifa edib. Müğənninin repertuarı ümumilikdə sevgi, ayrılıq və ümiddən bəhs edən mahnılardan ibarət olub.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 Elçin AĞAYEV                 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı