Modern.az

İlham Əliyev dünyanın ən nüfuzlu 500 müsəlmanı siyahısında

İlham Əliyev dünyanın ən nüfuzlu 500 müsəlmanı siyahısında

Aktual

28 Noyabr 2012, 09:04

Azərbaycan prezidenti İlham Əliyev  2012-ci ildə dünyanın ən nüfuzlu 500 müsəlmanından biri seçilib. İordaniya paytaxtı Ammandakı Kral İslami Araşdırmalar Mərkəzinin hazırladığı 500 nəfərlik nüfuzlu müsəlman arasında İslam alimləri, siyasətçiləri, hətta Taliban və başqa radikal təşkilatların da funksionerlərinin adları yer alır.

“Azadlıq” radiosunun məlumatına görə, reytinq müəllifləri 500 nəfər arasından da TOP50 seçiblər. Ən yaxşı 50 nəfər arasındakı ilk 5-likdə isə 2 kral, 1 baş nazir və 1 üləma var.
 
Dünyanın ən nüfuzlu müsəlmanı isə Səudiyyə Ərəbistanının  Kralı Abdullah bin Əbdüləziz Əl-Səuddur.
 
2-ci sırada Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan gəlir. Mərakeş kralı VI Mohammed  siyahıda 3-cü yerdə, Müsəlman Qardaşlığı təşkilatının ali rəhbəri Dr. Mohammed Badie 4-cü,
Qatar əmiri Şeyx Hamad Bin Xalifa Al-Thani isə 5-ci sırada yerləşib.

İlk 10-luğu Fətullah Gülen qapayır. 

Siyahıda ilk 50 nəfər arasında olmasa da, Azərbaycan Prezidenti İlham Əliyevin də adı var. Reytinq müəllifləri yazırlar ki, İlham Əliyev dindar olmasa da, əhalisinin böyük əksəriyyəti müsəlmanlar olan Azərbaycanda mülayim İslami dəyərləri təbliğ edir və ölkəsi də İslam Konfransı Təşkilatında fəallığı ilə seçilir.
Dünyanın 500 ən nüfuzlu müsəlmanı siyahısı 2009-cu ildən bəri dərc edilir.



Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı