ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Azərbaycanda səfir kimi fəaliyyətə başlayandan sonra bir neçə dəfə müxalifət liderləri ilə görüşüb. Bu barədə Modern.az-a Amerikanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Mehdi Hüseynquliyev məlumat verib. O, qeyd edib ki, artıq səfir üçüncü dəfədir ki, müxalifət nümayəndələri ilə görüşür:
“ Bu adi görüşlərdən biri idi. ABŞ-ın Azərbaycandakı səfiri Azərbaycanda fəaliyyətə başlayandan sonra Azərbaycanın müxalifət nümayəndələri ilə görüşləri olub. Bu görüşdə də tərəflər razılığa gəldilər ki, görüşdə müzakirə olunan məsələlər yayılmasın. Müzakirə olunan məsələlər tərəflər arasında qalsın” – deyə M. Hüseynquliyev bildirib.