Modern.az

Bakıda Şimali Kiprin yaradılmasının 29 illiyi qeyd edilib

Bakıda Şimali Kiprin yaradılmasının 29 illiyi qeyd edilib

Aktual

28 Noyabr 2012, 22:02

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin yaradılmasının 29-cu ildönümü ilə bağlı tədbir keçirilib. Mərasimdə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Çoşkun, Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Sadəddin Topukçu,  millət vəkilləri və eləcə də bir sıra dövlət və hökumət nümayəndələri iştirak ediblər.

Azərbaycanda gördüyü diqqətdən məmnunluğunu bildirən Sadəddin Topukçu Modern.az-a açıqlamasında iki ölkə arasında mövcud münasibətlərin yüksək səviyyədə olduğunu deyib. Təhsil saəhəsində qurulan əməkdaşılığın müsbət nəticələr verdiyini bildirən  S.Topukçu Kiprdə oxuyan azərbaycanlı tələbələrdən söz açıb. O bildirib ki, son illər Kiprə təhsil almaq üçün gedən tələbələrlə yanaşı işləmək və yaşamaq üçün üz tutan azərbaycanlılar da çoxluq təşkil edir.

“Ölkələrimiz arasında sıx münasibətlərimiz var. Biz çalışırıq ki, bu münasibətləri daha da artıraq. Kiprə təhsil alan tələbələr bizim üçün çox önəmlidirlər. Çünki onlar Azərbaycanla Kipr arasında körpü rolunu oynayırlar.

Bu tələbələrim sayəsində azərbaycanlı insanlarda Kiprə axışırlar. Bundan sonra da Azərbaycanda olduğumuz müddətdə bu səpkili tədbirlər ardıcıl olacaq və Azərbaycanla bütün sahələrdə əlaqələrimizi daha da dərinləşdirməyə çalışacağıq”, -deyə S.Topukçu qeyd edib.

Anar Kəlbiyev

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı