Modern.az

Ziyalılar Forumundan Eldəniz Quliyevlə bağlı açıqlama: “... kriminal axtarmaq lazım deyil”

Ziyalılar Forumundan Eldəniz Quliyevlə bağlı açıqlama: “... kriminal axtarmaq lazım deyil”

Aktual

29 Noyabr 2012, 10:29

Ziyalılar Forumu kinossenarist Eldəniz Quliyevin təsis etdiyi Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyi təşkilatı ətrafında yaranan mübahisələrlə və eləcə tanınmış mədəniyyət xadiminə ünvanlanan çoxsaylı iradlara münasibət bildirib. Forumun üzvlərindən olan professor Cəmil Həsənli Modern.az-a açıqlamasında Eldəniz Quliyevin müdafiəsinə qalxaraq onun yaratdığı yeni təşkilatda hər hansı kriminal axtarmağın lüzumsuz olduğunu vurğulayıb.

“Mən Eldəniz Quliyevi çox yaradıcı, bacarıqlı və vətənpərvər adam kimi tanıyıram. Uzun illərdir Azərbaycanda demokratik mühitin yaradılması, azad, ədalətli vətəndaş cəmiyyətinin yaradılması ilə bağlı Eldəniz Quliyevin çox böyük zəhməti var. O, uzun müddət qeyri-hökumət sektorunda təmsil olunan adamdır. Hesab edirəm ki, respublika qanunlarına uyğun olaraq hər hansı təşkilatın, cəmiyyətin yaradılması vətəndaşın müstəsna hüququdur. Burada elə bir kriminal axtarmağa ehtiyac yoxdur”, - deyə C.Həsənli münasibət bildirib.

Kinossenarist Eldəniz Quliyev hakimiyyət nümayəndələri tərəfindən təsis etdiyi Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinə görə sərt tənqidlərə məruz qalıb.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı