Modern.az

Məmməd Arazın adına küçə - şairin qızı: “Prezidentin atamla bağlı iki sərəncamı var”

Məmməd Arazın adına küçə - şairin qızı: “Prezidentin atamla bağlı iki sərəncamı var”

Aktual

30 Noyabr 2012, 11:13

Bakının mərkəzi küçələrindən birinə Xalq şairi Məmməd Arazın adı verilib. Modern.az-ın məlumatına görə, “Gənclik” metrostansiyası yaxınlığında, Atatürk prospekti ilə kəsişən keçmiş Teymur Əliyev küçəsi artıq Məmməd Arazın adını daşıyır.

Mərhum şairin qızı, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncayla bununla bağlı bildirib ki, küçəyə ad artıq 4 aydır ki, verilib.

Həmçinin İradə Tuncay vurğulayıb ki, Məmməd Arazın adının əbədiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti iki dəfə sərəncam imzalasa da, şairin xatirəsinin əbədiləşdirilməsi gecikdirildi.


Sevinc İltifatqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı