Modern.az saytının məlumatına görə, noyabrın 30-da Milli Məclis dövlət büdcəsinə daxil olan sənədlər təsdiqlənib. Büdcə təsdiqlənərkən məlum olub ki, Azərbaycanda siyasi partiyaların maliyyələşdirilməsinə dövlət büdcəsindən ayrılan xərclər artırılıb. Bu barədə iclasında iştirak edən maliyyə naziri Samir Şərifov məlumat verib.
"2013-cü il dövlət büdcəsi layihəsində bu məqsədlər üçün nəzərdə tutulan vəsait 2,5 milyon manat olub. Əvvəlki variantda isə 2 milyon manatın ayrılması nəzərdə tutulurdu", - deyə S.Şərifov qeyd edib.