Modern.az

Qadınların qorxulu düşməni

Qadınların qorxulu düşməni

Aktual

3 Dekabr 2012, 10:14

Qadınlar arasında geniş yayılmış bir çox xəstəliklər içərisində ən önəmli yeri tutan xəstəlik vaginozdur. Bu xəstəlik barəsində hər kəs müxtəlif fikirdədir. Xəstəlik haqda daha dəqiq məlumatı həkim – helmintoloq Zümrüd Rəhimova diqqətinizə çatdırır.

Bakterial vaginoz vaginal mikrofloranın disbalansı deməkdir. Araşdırmalarda aydın oldu ki, bu heç də belə deyil. Xəstəliyin digər bir rast gəlinən adı qardnerellyozdur. Bu xəstəlik xüsusilə uşaqlıq yolunun səthi iltihabına səbəb olur. Qadınların 20 - 30 % - ində rast gəlinir.
Etiologiya. Vaginozun yaranmasında 2 faktor mövcüddur:
Xarici faktor:
1. Şırınqaların uzun müddətli tətbiqi ( xüsusilə xlorheksidinlə )
2. Uşaqlıq daxili spiral və vaginal tamponların istifadəsi ( menstruasiya vaxtı )
3. Cinsi partnyorların çoxluğu və tez - tez dəyişilməsi
4. Geniş təsir spektrli vaginal həb və şamların istifadəsi
5. Göbələk əleyhinə, şiş əleyhinə, hormonal və şüa terapiyasından sonra
6. Antibiotik və immunodepressantların qəbulu
7. Sidik - cinsiyyət sisteminin iltihabi xəstəlikləri
Daxili faktor:
1. Bağırsaq disbakteriozu
2. Hormonal fonun pozulması ( cinsiyetkinlik, hamiləlik )
3. İmmun sistemin zəifləməsi
Normal vaginal mikrofloranında imisakinləri süd turşulu bakteriyalar-laktobatsillər hesab olunur. Onlar süd turşusu və hidrogen-peroksid əmələ gətirərək şərti-patogen mikroorqanizmlərin çoxalmasının qarşısını alır.
Növbəti mikroorqanizmlərə də normal vaginal mikroflorada rast gəlmə kolar: bakteroidlər, pentokoklar, eubakterlər, bifidumbakterlər, qardnerellalar, mikoplazmalarvə s. Xəstəlik də mikroorqanizmlərin növü deyil, xüsusilə onların miqdarı əsas əhəmiyyətə malikdir. Doğuşdan sonra artıq ilk 12 saat ərzində laktobatsil olan Döderleyn çöpləri qızlar da uşaqlıq yolunda məskunlaşmağa başlayır. Onlar vaginal epitelin qlikogenini parçalayaraq oradakı mühitin pH-nı turş istiqamətə dəyişir.
Klinika. Xəstəliyin inkubasiya dövrü 5 gündən 3 həftəyə, ortalama 7 - 10 günə qədərdir. Bakterial vaginozun əsas əlamətləri aşağıdakılardır:
1. Xoşagəlməz balıq qoxusuna malik, bozumtul - ağrəngli və duru konsistensiyalı həmcins ifrazat.
2. Uzun müddətli vaginozlarda isə yaşılımtıl - sarı, qatı və köpüklü ifrazat.
3. Xarici cinsiyyət üzvləri nahiyəsində qaşıntı.
4. Tez - tez və ağrılı sidik ifrazı.
Ağırlaşmalar. Xəstəliyin əsas ağırlaşmaları aşağıdakılardır:
Salpingit.
Salpinqooforit.
Abort və doğuş sonrası endometrit.
Vaxtından əvvəl doğuş.
Xorionamnionit.
Patoloji uşaqlıq qanaxmaları.
Diaqnoz.Vaginozlarda mikroskopik və mikrobioloji müayinələr zamanı qardner çöplərinə praktik olaraq həmişə rast gəlinir. Diaqnoz klinik mənzərəyə və laborator müayinələrin nəticələrinə əsasən qoyulur.
Müalicə. Bakterial vaginozların müalicəsi çətin və uzun müddətlidir. Bu zaman şərti-patogen mikroorqanizmlərin inkişafını dayandıran ( antiprotozoylar ), normal vaginal mikrofloranı bərpa edən ( biopreparatlar ), ümumi və yerli immuniteti stimullaşdıran ( immunomodulyatorlar , biogen immuno stimulyatorlar ) dərman preparatlarından istifadə olunur. Subyektiv əlamətlərin itmə və laborator göstəricilərin normallaşmasına görə müalicənin effektivliyi qiymətləndirilir. Onu da qeyd etməliyik ki, istənilən növ müalicədə xəstəliyin residivvermə ehtimalı çox yüksəkdir.
Fitoterapiyanınəsasprinsipləri. Sonsuzluğun müalicəsində estradiol ( tsiklin І yarısında ) və progesteronun ( tsiklin ІІ yarısında ) miqdarı təyin olunmalıdır. Lakin hər ehtimala qarşı prolaktin, T3, T4, TSH, FSH, LH, androgenlər ( testosteron, kortizol, DHEA-S ) də yoxlanılmalıdır. Sonra isə...
-Nəyin müalicə olunacağını dəqiq təyin etməli.
-Dərman bitkilərinin istifadəsinə olan göstəriş və əks göstərişləri bilməli.
-Dərman bitkiləri ilə hormonal preparatları birgə təyin etməməli.
Bakterial vaginozların müalicəsində fitoterapiyanın əsas üstünlükləri ondan ibarətdir ki, digər dərman preparatlarından fərqli olaraq bitkilər təkcə mikroorqanizmlərə deyil, həm də kompleks şəkildə sinir, endokrin, qan - damar və digər sistemlərə təsir göstərir.

Zümrüd RƏHİMOVA
Həkim - helmintoloq

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı