Modern.az

Azər Həsrətin təşkilatına daha 15 nəfər üzv olub – SİYAHI

Azər Həsrətin təşkilatına daha 15 nəfər üzv olub – SİYAHI

Aktual

3 Dekabr 2012, 12:16

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) İdarə Heyətinin keçirilən toplantısında daha 15 nəfər qurumun üzvlüyünə qəbul edilib, bir sıra mühüm qərarlar verilib.

Qurumdan Modern.az-a verilən xəbərə görə, toplantıda görülən işlər barədə danşan
CASCFEN sədri Azər Həsrət bildirib ki, ötən bir ay ərzində təşkilat bir milli, iki beynəlxalq quruma üzv olub. Bunlar Azərbaycan Milli QHT Forumu, həmçinin Medianın İnkişafı Qlobal Fondu və Etik Jurnalistika Şəbəkəsi adlı qurumlardır.
Sədrin hesabatı dinlənildikdən sonra İH yeni üzvlərin qəbulu məsələsinə baxıb. Daha 15 nəfərin ərizələri tək-tək nəzərdən keçirilib və aşağıdakılar yekdilliklə CASCFEN üzvlüyünə qəbul edilib:

   1. Aqşin Dadaşoğlu – şair, “Ay işığı”, “Ulduzlar” və “Gülüstan” ədəbi
   məclislərinin (Quba-Xaçmaz) üzvü
   2. Anar Baratoğlu – “Palitra” qəzetinin müxbiri
   3. Cəmaləddin Həsənoğlu – “Paritet” qəzetinin baş redaktoru
   4. Elza Əbülfətqızı – müstəqil jurnalist, Kuzey Kıbrıs Türk Cümhuriyyəti
   5. Habil Yaşar – şair, Bakı Neft Energetika Kollecinin müəllimi
   6. İlkin Ağahüseynoğlu – “Palitra” qəzetinin müxbiri
   7. Kamran Mürsəloğlu – İqtisad Universitetinin magistri
   8. Könül Səid – şairə, “Gündəlik teleqraf” qəzetinin müxbiri
   9. Nəzmiyyə Salmanqızı – şairə, M.F.Axundov ad. Azərbaycan Milli
   Kitabxanasının əməkdaşı
   10. Rasim Mustafaoğlu – “Space” TV-nin redaktoru
   11. Rəsmiyyə Sabir – şairə, AMEA İqtisadiyyat İnstitutunun elmi katibi
   12. Səbinə Əliqızı – Bakı Dövlət Universitetinin tələbəsi
   13. Şəmşir Əlisoy – hüquqşünas
   14. Teymur Zahidoğlu – APA xəbər agentliyinin Qarabağ bölgə müxbiri
   15. Ülkər İsmayılqızı – müstəqil jurnalist, “Qadın Liderliyi Uğrunda”
   İctimai Birliyinin sədri

Toplantıda həmçinin CASCFEN İH üzvlərinin sayının artırılması qərara alınıb. Bu məsələnin qurumun dekabrın 23-də keçirilməsi nəzərdə tutulan Məclisində həll edilməsi barədə qərar verilib.

İH üzvləri ötən bir ay ərzində jurnalistlərə qarşı törədilənlər barədə də fikir mübadiləsi aparıblar. “Yeni Müsavat” qəzetinin müxbiri Fərahim İlqaroğlu və “Turan” agentliyinin müxbiri Etimad Budaqovun müxalifətin etiraz aksiyalarından birində polis zorakılığına məruz qalmasından rahatsızlıq ifadə edilib. İH üzvləri Daxili İşlər Nazirliyinin ən yüksək səviyyədə bu məsələni diqqətdə saxlaması və sonucda məsələnin jurnalistləri razı salacaq şəkildə həll edilməsini nəzərə alaraq bununla bağlı ayrıca sənəd qəbul etməyib.

İH həmçinin qərara alıb ki, kütləvi aksiyalar zamanı jurnalistlərin fəaliyyət azadlığının təmin edilməsi ilə bağlı müşahidələrə başlanılsın.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı