Ərzurum şəhərində keçirilməsi planlaşdırılan Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü qeyri-müəyyən bir tarixə təxirə salınıb. Bu barədə Modern.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib. Nazirlik rəsmisi bildirib ki, görüşün nə vaxt baş tutması ilə bağlı mətbuata açıqlama veriləcək:
“Görüşün növbəti tarixinin müəyyənləşdirilməsi ilə bağlı tərəflər arasında hazırda razılaşdırma aparılır. Vaxt müəyyən olunandan sonra mətbuta açıqlama veriləcək”.