Dekabrın 3-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, dünən səhər saatlarında Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi ərazisindən 4 nəfər balıq tutmaq məqsədi ilə mühərrikli qayıqla dənizə çıxıb və geri qayıtmayıb.
Müraciət daxil olan kimi dərhal aidiyyəti qurumlar məlumatlandırıb və Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 1 ədəd helikopteri axtarışlara cəlb olunubdur.
***
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi ərazisindən balıq tutmaq məqsədi ilə mühərrikli qayıqla dənizə çıxmış və geri qayıtmamış 4 nəfər balıqçının yeri müəyyən olunub.
Balıqçılardan biri xilas edilərək Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopterinin göyərtəsinə qaldırılıb. Digər 3 balıqçı helikopterə qalxmaqdan imtina edib.
Məlum olub ki, qayıq yanacaq bittiyi üçün dənizdə qalıb. Hazırda dənizdə qalmış qayığa yanacağın çatdırılması istiqamətində işlər görülür.
Modern.az