Modern.az

Ərdoğan Suriya məsələsində Putinlə razılaşmadı – FOTOLAR

Ərdoğan Suriya məsələsində Putinlə razılaşmadı – FOTOLAR

Aktual

3 Dekabr 2012, 17:39

Türkiyəyə səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putin baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşüb. Modern.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Putinlə Ərdoğanın görüşü Dolmabağça sarayında baş tutub.

Görüşə xarici işlər naziri Əhməd Davudoğlu, AKP-nin genel başqan yardımcısı Ömər Çelik, Rusiya xarici işlər naziri Sergey Lavrov qatılıblar. Müzakirələrdən sonra rəsmilərin mətbuat konfransı keçirəcəyi gözlənilir.

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov mətbuata açıqlamasında İstanbulda Rəcəb Tayyib Ərdoğanla Putin arasında keçirilən görüşlərdə “Patriot” mərmiləri ilə əlaqədar məsələnin müzakirə edildiyini bildirib.

Suriya məsələsinin Rusiya-Türkiyə əlaqələrnə mənfi təsir etməyəcəyini deyən Peskov səfərin əsas mövzusunun bölgədə yaşanan siyasi böhranın olmadığını deyib.

Rusiyanın Suriya ilə bağlı mövqeyindən geri dönməyəcəyini deyən Peskov görüşlə bağlı  bildirib ki, beynəlxalq problemlər mövzusunda Rusiya ilə Türkiyə arasında çox ciddi fikir ayrılıqları var.

Kremlin sözçüsü, Ərdoğan-Putin görüşündə Suriya sərnişin təyyarəsinin Ankarada endirilməsi ilə bağlı mövzunun da qaldırıldığını əlavə edib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı