ABŞ prezidenti Barak Obama Suriya prezidenti Bəşər Əsədə növbəti dəfə sərt xəbərdarlıq edib. Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, Obama Əsədə dünyanın üzərində olduğunu bildirərək onu kimyəvi silahdan istifadə etməməyə çağırıb.
“Bu gün Əsəd və onun əmri altında olan insalnara açıqca ifadə etmək istəyirəm ki dünyanın gözü onların üzərlərindədir, bu baxımdan kimyəvi silahların istifadəsi tamamilə qəbul edilə bilməz. Bu silahlardan istifadə etmək böyük bir faciəvi səhvə gətirib çıxara bilər. Bunun nəticəsi olaraq biz kimyəvi silahdan istifadə edilməsinə icazə verə bilmərik”, - deyə ABŞ prezidenti müraciət edib.
Obama həmçinin Suriya müxalifəti ilə yaxın təmasların davam etdirildiyini deyərək suriyalıları dəstəklədiyini bəyan edib.
Modern.az