26 noyabr -1 dekabr 2012 –ci il tarixində Birləşmiş Malay Milli Konqresi Partiyasının(UMNO) təşkilatçılığı ilə, Kuala-Lumpurda «Münaqişə və Sülyartatmada Xalq Diplomatiyası: Geriyə yoxsa gələcəyə baxış» mövzusunda beynəlxalq konfrans və UMNO-nin 66-cı Qurultayı keçirilb. Ənənəvi olaraq bu tədbirə UMNO çox sıx əməkdalıq etdiyi Yeni Azərbaycan Partiyasını da dəvət edib. Bu mötəbər tədbirdə Partiyanı YAP Siyasi Şurasının üzvü və Partiyanın Nəsimi rayon təşkilatının sədri , millət vəkili Məlahət İbrahimqızı təmsil edib. Konfransda Məlahət İbrahimqızı Qarabağ münaqişəsinin həllində Beynəlxalq təşkilatların vasitəçiliyi: məsuliyyətsizlik yoxsa biganəlik mövzusunda Panel Sessiyada təqdimatla çıxış edib. Xanım deputat Azərbaycan xalqının 20 ildən artıq üzləşdiyi bu problemlə bağlı Azərbaycan reallıqlarını konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Təqdimat 38 ölkəni təmsil edən və beş yüzdən çox yüksək səviyyəli nümayıəndənin iştirak etdiyi konfrans iştirakçılarının ciddi diqqətini çəkmiş və erməni işğalı pislənilib. Müzakirələrdə İndoneziyadan, Pakistandan, Malaziyadan olan konfrans iştirakçıları çıxış edərək hər zaman Azərbaycan xalqının yanında olduqlarını bildiriblər və beynəlxalq təşkilatların ikili standartlı yanaşmaları tənqid olunub. Konfrasdan sonra millət vəkili Məlahət İbrahimqızı bir sıra televiziya kanallarında və qəzetlərdə önəmli müsahibələr də verib.
Deputat rəhbərliyi ilə həmçinin müxtəlif səviyyələrdə görüşlər keçirilib və gələcəkdə də hər iki partiyaların daha da sıx əməkdalıq etməsinin önəmi və gələcək əməkdaşlıq müzakirə olunub.

Modern.az