Modern.az

Azərbaycanda qış mövsümü ilə bağlı qərargah yaradılıb

Azərbaycanda qış mövsümü ilə bağlı qərargah yaradılıb

Aktual

4 Dekabr 2012, 12:10

Azərbaycanda qış mövsümündə yollarda yarana biləcək problemlərin həlli üçün qərargah yaradılıb. Bu barədə "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Modern.az-a məlumat verib. O, bildirib ki, qışa hazırlıqla bağlı ASC tərəfindən əmr hazırlanaraq aidiyyəti yol istismar müəssisələrinə göndərilib. Yol istismar müəssisələri tərəfindən həmin əmrin icrası ilə bağlı tədbirlər planı hazırlanaraq müvafiq işlərin görülməsinə başlanılıb.

Mətbuat katibi bildirib ki, hər bir yol istismar müəssisəsində 24 saat işləyən növbətçi briqadalar yaradılıb. Həmçinin "Azəryolservis"də qərargah yaradılıb, 24 saat ərzində növbətçilik təşkil olunub.

Qarlı-şaxtalı hava şəraitində yollarda yarana biləcək problemlərin aradan qaldırılması məqsədilə qabaqlayıcı tədbirlərin görüldüyünü deyən mətbuat katibi bildirib ki, avtomobil yollarına mütəmadi baxış keçirilir, yollardakı problemlər aradan qaldırılır, material ehtiyatı (texniki duz, qum, yanacaq və s.), yol texnikası, maşın-mexanizmlər və nəqliyyat vasitələri saz vəziyyətə gətirilir, işçilər xüsusi geyim forması ilə təmin olunur.

"Azəryolservis"də yaradılmış qərargah bu istiqamətdə həyata keçirilən tədbirlər, görülən işləri nəzarətə götürüb.

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı