Modern.az

İrəvanda Azərbaycan bayrağı dalğalanacaq

İrəvanda Azərbaycan bayrağı dalğalanacaq

Aktual

4 Dekabr 2012, 16:45

Ermənistanın paytaxtı İrəvanda təşkil olunan gənclər arasında boks üzrə dünya çempionatında bu gün 1/4 final qarşılaşmaları keçirilir. Modern.az xəbər verir ki, bu mərhələdə üç boksuçumuz mübarizəyə qoşulub.

64 kq çəki dərəcəsində mübarizə aparan Pərviz Bağırov litvalı Eymantas Stanionisə 3:1 (3:1, 5:4, 5:2) hesabı ilə qalib gələrək yarımfinala çıxıb. Bununla da o, ən azı bürünc medalı özü üçün təmin edib.

Digər görüşdə 75 kq çəkidə yarışan Orxan Mayıllı Daulet Bayqabatovla (Qazaxıstan) üz-üzə gəlib və 6:8 (1:2, 3:4, 2:2) hesabı ilə uduzub. 

91 kq çəkidə yarışan Rahil Məmmədli isə yarımfinala vəsiqə uğrunda ingiltərəli Daniel Uilyamsla qarşılaşıb. Görüş İngiltərə boksçusunun qələbəsi ilə başa çatıb.

 
Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Türkiyəyə uçan Rusiya təyyarəsində bomba həyəcan