Modern.az

Qüdrət Həsənquliyev: “Biz xalqı döyüşə hazırlamalıyıq”

Qüdrət Həsənquliyev: “Biz xalqı döyüşə hazırlamalıyıq”

Aktual

6 Dekabr 2012, 17:42

“Bizim nə etməli olduğumuzu film özü bizə dedi. Biz bu filmdən sonra başımızı aşağı salıb getməliyik”.
Modern.az xəbər verir ki, bu sözləri deputat Qüdrət Həsənquliyev “54 gün mühasirədə” sənədli filminin təqdimat mərasimində söyləyib. Milli Məclisin üzvü bildirib ki, hər keçən gün Qarabağı bizdən bir azda uzaqlaşdırır.

“Bizim xalqımız özündə təpər tapmalıdır. Biz xalqı bu döyüşə hazırlamalıyıq. Bu film də onlardan biridir. Millət olaraq bizim döyüş ruhumuz sındırılıb. Bu film millət olaraq hər birimizi düşündürməlidir”.

Anar Kəlbiyev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı