Bu ilin 9 ayı ərzində Azərbaycanda 61874 nəfər nikaha girib, boşanmaların sayı isə 8221 nəfər təşkil edib. Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə görə, 9 nikah sayı, 1 boşanma düşür. Doğulanların sayı 131.227 olaraq, hər min nəfərə 19, ölənlərin sayı isə 40970 olaraq, hər min nəfərə 6 ölüm düşüb. Təbii artım 90257 nəfər olub. Ümumilikdə isə əhalinin sayı əvvəlki ilə müqayisədə 1 artaraq 9. 327 min nəfər olub.
Nihadə Eyyubova