2012-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin deputatı və “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri Fuad Muradovun “Facebook” sosial şəbəkəsindəki şəxsi səhifəsi və “Twitter” hesabı üzrə dostları ilə növbəti görüşü keçiriləcək.
Modern.az xəbər verir ki, görüş daha yaxından tanış olmaq və mövcud əlaqələri inkişaf etdirmək məqsədi daşıyır.
Qeyd edilir ki, görüşdə Fuad Muradovun “Facebook” sosial şəbəkəsindəki şəxsi səhifəsi və “Twitter” hesabı üzrə dostları iştirak edə bilərlər.
“Görüşün səmərəli və maraqlı şəkildə təşkili üçün texniki məsələlər – tədbrin keçirilmə məkanı, günü və formatının düzgün seçilməsi, eyni zamanda görüş iştirakçılarının maraq və gözləntilərini maksimum qarşılamaq üçün qeydiyyat ərizəsi tərtib edilib. Görüşdə iştirak etmək üçün ərizəni 12 dekabr 2012-ci il tarixədək [email protected] email ünvanına göndərmək vacibdir. İnanırıq ki, siz təkliflərinizlə görüşün texniki təşkili ilə bağlı bizə köməklik göstərəcəksiniz”.
Görüşün keçirilmə yeri və vaxtı barədə əvvəlcədən məlumat veriləcək.
Modern.az