Bu gün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti yenilənmiş www.railway.gov.az internet saytını ictimaiyyətə təqdim edib. Tədbiri giriş sözü ilə QSC-nin sədr müavini Qurban Nəzirov açıb. O, saytın yeniləndirilməsinin səbəbindən danışıb. Daha sonra “Məlumat Hesablama Mərkəzi”nin mütəxəsisi Əfqan Məmmədov sayt haqqında KİV nümayəndələrinə ətraflı məlumat verib. O bildirib ki, sayt “Ana səhifə” , “Haqqımızda”, “Rəhbərlik”, “Struktur”, “Departamentlər”, “Tariximiz”, “Sərnişinlər”, “Yük daşıma tarifləri”,”Media”, “Hərəkət cədvəli”, “Hüquqi sənədlər”, “Tariflər”, “Normativ sənədlər”, “Dəmirryolçu-şəhidlər”, “Həmkarlar ittifaqı”, “Qan yaddaşımız”, “Dəmir yol ticarətinin və nəqliyyatının dəstəklənməsi layihəsi”, “Beynalxalq əməkdaşlıq“, “Mətbuat orqanları” və digər linklərdən ibarətdir.
2011-ci il noyabrın 21-də ölkə daxilində və kənarda hərəkət edən qatarların biletlərinin internet şəbəkəsi vasitəsi ilə satışına start verilib. Saytın “Online bilet satışı” bölməsində internet vasitəsi ilə bilet almaq arzularını reallaşdıra bilərlər. Xatırladaq ki, saytın ilkin versiyası 2010-cu ildə ictimaiyyətə təqdim olunub. Gültəkin Ələsgər