Modern.az

Nazir universitetdəki “əmək yarmarkası”na gəldi - FOTO

Nazir universitetdəki “əmək yarmarkası”na gəldi - FOTO

Aktual

7 Dekabr 2012, 14:20

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə ali təhsil müəssisələrində «Karyerada ilk addım» devizi altında aktiv məşğulluq tədbirləri davam etdirilir. Tələbələrlə, xüsusən ali təhsil ocaqlarını bitirərək əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunlarla işəgötürən müəssisə  və  təşkilatlar arasında əlaqələrin yaradılmasına xidmət edən növbəti belə tədbir 7 dekabr 2012-ci il tarixdə  Azərbaycan Texniki Universitetində keçirilib.

Tədbirin açılışında iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov və Azərbaycan Texniki Universitetinin rəhbərliyi tədbirin təşkilati vəziyyəti, təqdim olunan boş iş yerləri ilə tanış olub, işəgötürənlərin nümayəndələri, habelə tələbə və məzunlarla həmsöhbət olaraq, onların belə tədbirlərlə bağlı fikir və rəylərini öyrəniblər.  

Aktiv məşğulluq tədbirində Bakı,  Sumqayıt şəhərlərində və Abşeron rayonunda  fəaliyyət göstərən, 29-u  dövlət, 93-ü isə qeyri-dövlət sektoruna aid ümumilikdə 122 işəgötürən müəssisə və təşkilat iştirak  edib. Həmin müəssisələr tərəfindən  1295 boş (vakant) iş yeri tələbə və məzunların seçiminə təqdim edilib.  Tədbirin əsas məqsədi  məzun və  tələbələrə  aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək  və  bununla da işəgötürənlərə qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılmasında  imkan yaratmaq, eyni zamanda  işaxtaran vətəndaşların layiqli  işlə  təmin olunmalarına köməklik göstərilməsi olub.

Tədbirdə  iri  şirkətlərdən   “Azərcell  Telekom” MMC , “Bakcell  LTD” MMC, “European Tobacco–Baku” ASC, “Azərsun Holding” MMC, “Veysəloğlu Yayıcılı Qardaşlar” MMC, Dövlət Neft Şirkətinin İnsan Resursları  Departamenti, “Ata Holding” ASC, Nurgün Qrup MMC, İmprotex Motors MMC, “Bakı Universal Maşınqayırma” ASC, “Azərsu” SC və digər iri müəssisələr  iştirak  ediblər.

Məlumat üçün bildirək ki, ali təhsil müəssisələrində «Karyerada ilk addım» devizi altında aktiv məşğulluq tədbirlərinə 2007-ci ildən başlanılıb.  2007-2012-ci illər ərzində Bakı  şəhəri üzrə keçirilmiş belə tədbirlərdə 1310 işəgötürən təşkilat 8714 boş (vakant) iş yeri  təqdim edib. Tədbirlərdə  iştirak edərək boş iş yerlərinə göndəriş verilmiş 2402 nəfərdən 1064 nəfəri münasib işlə  təmin olunub.  Gənclərin əmək bazarına çıxışının dəstəklənməsinə və səmərəli məşğulluğunun təminatına xidmət edən tədbirlər davam etdiriləcək.

 

 

 

 

 

 

 

 

 

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı