Modern.az

“Dəmiryolunda inqilabi dəyişikliklər gedir” - QSC sədrinin müavini

“Dəmiryolunda inqilabi dəyişikliklər gedir” - QSC sədrinin müavini

Aktual

7 Dekabr 2012, 15:37

Modern.az xəbər verir ki, Bakı-Tbilisi-Qars dəmiryolu 2014-cü ildə isifadəyə veriləcək. Bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Qurban Nəzirov deyib. O bildirib ki, bu il dəmiryolunda yük daşımalar prosesi müvəffəqiyyətlə həyata keçirilib: “İpək Yolu dəhlizində plan keçən illə müqayisədə 104% yerinə yetirilib. 11 ay ərzində 21, 2 milyon yük daşınıb. Yükdaşımada yenidən artım gözlənilir. Proqnozlara görə, 2013-də yükdaşımaları 20-30% artacaq. Eyni zamanda, Gürcüstan istiqamətinə olan yük daşımaların artacağı gözlənilir. Bakı-Tbilisi-Qars dəmiryolunun açılışı ilə əlaqədar Gürcüstan ərazisindən Avropaya və Asiya ölkələrinə yüklərin daşınmaların artması da gözlənilir.  Qazaxıstan bu layihəyə qoşulmaq üçün artıq rəsmi müraciət edib”.

  Tariflərə təsir məsələsinə gəlincə, Q. Nəzirov bildirib ki, yeniliklər əksinə olaraq bu tariflərin tənzimlənməsinə kömək edəcək: “Layihə Azərbaycan tərəfindən maliyyələşdirilir, sadəcə olaraq gələcəkdə həmin yolların istismarı üçün daşınan yüklərdən əldə olunan gəlir bizə kömək edəcək. Bu layihədə iştirak edən ölkələrin iştirakı onda ibarətdir ki, gələcəkdə həmin yolların saxlanılması ilə əlaqədar tariflərdə müəyyən güzəştlər və eyni zamanda şərtlər olacaq. İlin sonunda Bakı-Tbilisi-Qars dəmiryollarının birləşdirilməsi nəzərdə tutulur. O da plan üzrə gedir. Baxmayaraq ki, Gürcüstanda dəyişikliklər olub, bu bizim işimizə təsir etməyəcək. Biz planımıza uyğun olaraq işləri davam etdiririk.  

Naxçıvan-Qars layihəsi ilə əlaqədar da tapşırıq almışıq. Bununla bağlı “Dəmiryolu”nda Nəqliyyat Nazirliyinin nümayəndələrinin iştirakı ilə xüsusi komissiya yaradılıb. İran sərhədində həmin yollara texniki baxış keçirmişik və tapşırıq hazırlanıb, nəqliyyat nazirinə təqdim olunub. “Azərbaycan Dəmiryolları” QSC bununla bağlı layihənin hazırlanması üçün hökumətdən müvafiq tapşırıq alıb”.  

Q. Nəzirov bildirib ki, bu məsələ ilə bağlı olaraq “Azərbaycan Dəmir Yolları” QSC Türkiyə dəmiryolu idarəsi ilə əlaqə saxlanılır. Çünki xəttinin maliyyələşdirilməsi Türkiyə tərəfindən aparılır. “Biz texniki tapşırığı Türkiyə tərəfinə də təqdim etmişik. Azərbaycana düşən sahəni isə Azərbaycan maliyyələşdirəcək. Sahənin yenidən əsaslı təmir olunması tələb olunur. İran sərhədindən Sədərəyə qədər olan hissə yenidən tikiləcək. Söhbət 200 km-ə qədər ərazidən gedir ki, bu ərazi yenidən tikilməlidir. Orada əlavə tikiləcək sahə isə 12 km məsafədir. Buna çəkiləcək xərc təxminən 1 milyard  dollara qədər olacaq”.   QSC rəsmisi onu da əlavə edib ki, dəmiryollarının elektrikləşmə işləri dövlət proqramına salınıb:
“Dəmir yollarının elektrikləşməsi, əsasən də yol təsərrüfatının yenilənməsi, enerji, rabitə, işarə vermə, ümumən kommunikasiyasının təzələnməsi nəzərdə tutulur. Artıq yol təsərrüfatında “Çexiya” layihəsi çərçivəsində işlər davam etdirilir. Bu ilə qədər 160 km yol əsaslı təmir edilib. Təmir edilmiş yerlərdə qatarların surətini 140 km/saata qədər qaldırmağa nail olmuşuq. Layihə davam edir və 2014-cü ilin sonunda tamam olacaq. Eyni zamanda “ATES Optima “ şirkətlər birliyi enerji layihəsinin rəsmi qalibi elan olunub. Müqavilə bağlanıb. Artıq işə də başlanıb”.  

Q. Nəzərov qeyd edib ki, Bakıdan Böyük Kəsiyə kimi olan istiqamətdə olan ərazi bu ilin sonu, növbəti ilin birinci rübünə qədər isə olan digər ərazidə də layihələşmə işləri aparılacaq. İlin axırında isə konkret işlərə başlanılacaq. Layihə Bakı-Böyük Kəsik üzrə bütün rayonları əhatə edir. Artıq rəsmi müraciət olunub. Bakıdan Astaraya qədər olan məsafədə müəyyən işlər aparılacaq. Xüsusən də “Qasımlı” stansiyasından “Astara” stansiyasına qədər 60 km olan məsafədə, yolların dənizə yaxın olduğu hissə təhlükəsiz zonaya keçiriləcək. Bu layihə Şimal-Cənub dəhlizinin üzərinə düşür. Yəqin ki, yaxın zamanlarda Şimal-Cənub dəhlizinin bir hissəsi olan 183 km yolda da yenilənmə işləri aparılacaq”.

Gültəkin Ələsgər

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı