Modern.az

Korrupsioner bələdiyyə sədri barədə cinayət işi açıldı

Korrupsioner bələdiyyə sədri barədə cinayət işi açıldı

Aktual

7 Dekabr 2012, 16:41

Qusar rayonunun Mucuq kənd bələdiyyəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri aşkar edilib. Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bələdiyyə sədri İsayev Qədim Talıb oğlu bələdiyyə iclasının qərarı olmadan və qanunvericiliklə alqı-satqısı qadağan edilmiş 8,64 ha örüş torpağını 4.893 manata satıb.

Bundan başqa 2010-2011-ci illərdə 4.229 manat məbləğində bələdiyyə vəsaiti qanunvericiliyə zidd olaraq təyinatı üzrə xərclənməyib, habelə bələdiyyə ərazisində 1.440 manat məbləğində görülmüş təmir-tikinti və abadlıq işlərinin qəbulu aktlarına həmin işlərin aparılmasını təsdiq edən sənədlər əlavə olunmayıb.

Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı