Modern.az

“Ağdabanlı şair Qurban -150” - yubiley gecəsi - FOTOLAR

“Ağdabanlı şair Qurban -150” - yubiley gecəsi - FOTOLAR

Aktual

7 Dekabr 2012, 23:31

Ağdabanlı Qurbanın bədii irsini gənc nəslə çatdırmaq məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyi ilə birgə Azərbaycan Dövlət Dram Teatrında “Ağdabanlı şair Qurban -150” yubiley gecəsini təşkil edib.

Modern.az – ın verdiyi məlumata görə, tədbirə Aşıq Qurbanın ailə üzvləri, millət vəkilləri, xalq şairləri, söz ustaları – aşıqlar və ziyalılar da qatılıb. Azərbaycan Respublikasının Mədəniyət və Turizm Nazirinin müvini Ədalət Vəliyev çıxış edərək nazirin təbrikin çatdırıb. Sonra gecənin aparıcısı Azərbaycan Aşıqlar Birliyinin I katibi, professor Məhərrəm Qasımlı bu gecəyə yığışan qonaqları salamlayaraq, şair Qurbanın həyat və yaradıcılığından bəhs edib.
“Şair Qurbanın mədəni irsini cəmiyyətə tam çatdıra bilməmişik.” - deyən xalq şairi Məmməd Aslan aşığın yaradıcılığının belə geniş tərkibli tədbirlərlə ictimailəşdirilməsinin vacibliyini vurğulayıb. Aşıq Qurban Ağdabanlının video lent yazısını izlədikdən sonra səhnəyə çıxan xalq şairi Zəlimxan Yaqub, tıxac səbəbindən təbirə gecikdiyi üçün qonaqlardan üzr istəyərək özünəməxsus tərzdə yubilyarı tərənnüm edib.

Tədbir bədii kompazisiya ilə davam edib. Aşıq Əhliman, Aşıq Ədalət, Fəzail Miskinli və digər aşıqların, aktyorların ifasında yubilyarın şeirləri səsləndirilib.

Qeyd edək ki, “Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyi öz nizamnaməsinə uyğun olaraq Azərbaycan mədəniyyətinin təbliği və yaşadılması sahəsində öz işlərini davam etdirir. Bu gün dünyanın qeyri-maddi mədəniyyət abidsi kimi qorunan saz sənətinin və  aşıqlarımızın təbliği isə İctimai Birliyin əsas vəzifələrindəndir. Bu il Ağdabanlı Aşıq Qurbanın 150 illik yubileyini keçirmək  də İctimai Birliyin qarşısında dayanan ən mühüm vəzifə olub.

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

  Elçin Ağayev

Anar Kəlbiyev  

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı